“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Müşahidə Şurasında dəyişiklik olub.
Eləcə də bax: “A Qrup” Sığorta Şirkətində dəyişiklik olub – Təyinat
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, Şuranın üzvü olan, “Xalq Bank” ASC-nin İdarə Heyətinin sədri Kamran Məcidovu onun müavini Elnur Məmmədli əvəz edib.
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir. (Report)