Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 26 milyard 277,6 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6,4 % artaraq 2 min 568 manata çatıb.