Azərbaycanda fiziki şəxslərin bank əmanətlərində dollarlaşma səviyyəsi cari il noyabrın 1-nə 53% təşkil edib.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə görə, əhalinin bank əmanətlərində dollarlaşma aylıq müqayisədə 0,8 faiz bəndi, illik müqayisədə isə 2,4 faiz bəndi azalıb. İlin əvvəlindən bu göstərici 0,9 faiz bəndi artıb.
Eləcə də bax: Azərbaycan banklarına qoyulan - Depozitlər Azalıb
Bu il noyabrın 1-nə fiziki şəxslərin Azərbaycandakı kommersiya banklarında yerləşdirilmiş əmanətlərinin həcmi 7 870,3 mln. manat təşkil edib. Bu göstərici son bir ayda 0,5% artıb, ilin əvvəli ilə müqayisədə 8,9%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 10,7% azalıb. (Apa)