2020-ci ildə Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 234,423 mln. avro təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 2,5 dəfə azdır.
Eləcə də bax: Azərbaycan əhalisi - 16 Mln. Nağd Avro Alıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının göstəricilərinə görə, təkcə ötən ilin dekabr ayında ölkə əhalisi 15,449 mln. avro alıb ki, bu da əvvəlki ayla müqayisədə 1,5% azdır.
Bundan başqa, ötən il ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 76,887 mln. avro təşkil edib. Bu, illik ifadədə 2,8 dəfə azdır. Təkcə dekabrda bu göstərici 6,796 mln. avroya bərabər olub ki, bu da noyabr ayı ilə müqayisədə 32,7% çoxdur. (Apa)