Bu ilin noyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 15,743 mln. avro təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 0,1% çoxdur.
Eləcə də bax: Azərbaycanda son 32 ayda - Avronun Qiymətində Rekord
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi ötən ilin noyabr ayı ilə müqayisədə isə 63,9% azalıb.
2020-ci ilin yanvar-noyabr aylarında isə ölkə əhalisi 219,484 mln. avro alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 58,6% azdır.
Bundan başqa, noyabr ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 5,164 mln. avro təşkil edib ki, bu da aylıq müqayisədə 15,7% çoxdur, ötən ilin noyabr ayı ilə müqayisədə isə 4,8 dəfə azdır. (Apa)