Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında 2023-2028-ci illlər üzrə yeni əməkdaşlıq çərçivəsi müzakirə edilib.
Azərbaycan və Dünya Bankı investisiyaların təşviqini - MÜZAKİRƏ EDİB - YENİLƏNİB
FED.az xəbər verir ki, bu barədə AMB-nin "X" sosial şəbəkəsindəki hesabında bildirilir.
Məlumata görə, bu gün qurumun sədri Taleh Kazımov Dünya Bankının Azərbaycan üzrə yeni ölkə meneceri xanım Stefanie Stallmeisterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Dünya Bankının Azərbaycandakı mövcud fəaliyyəti və 2023-2028-ci illlər üzrə yeni əməkdaşlıq çərçivəsinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda AMB və Dünya Bankı arasında cari əməkdaşlıq, texniki yardım layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki yardım istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib.