Azərbaycan Mərkəzi Bankı dövriyyyəyə yenilənmiş manat əskinasları buraxır.
FED.azx xəbər verir ki, yeni əskinaslar mövcud konsepsiya çərçivəsində hazırlanıb, amma daha müasir, ən son texnologiya və innovasiyalar tətbiq edilməklə istehsal edilib, eləcə də dizaynı və mühafizə sistemləri yenilənib. 1, 5 və 50 manatlıq pul nişanları bu ilin əvvəlindən tədavülə buraxılacaq.
Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda dövriyyədə olan əvvəlki əskinaslarla paralel olaraq məhdudiyyətsiz istifadə ediləcək.
Yeni 1 manatlıqlar «Mədəniyyət və incəsənət», 5 manatlıqlar «Yazı və ədəbiyyat», 50 manatlıqlar isə «Təhsil və gələcək» mövzusuna həsr olunub.
Yenilənmiş pul nişanlarının təhlükəsizlik sistemləri və mühafizə elementləri ilə daha ətraflı aşağıdakı linklərdə tanış olmaq mümkündür.