Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu 4 590 layihənin maliyyələşdirilməsinə 249,1 milyon manat güzəştli kredit verib.
Azərbaycanda 15 bankın biznes kredit portfeli böyüyüb
Bu barədə FED.az-a Fonddan bildirilib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5 % və 48,6 % çoxdur.
9 ay ərzində verilmiş kreditlərin 46,6 %-i sənaye məhsullarının istehsalı, 43,2 %-i kənd təsərrüfatı məhsulları istehsalının və emalının, 7,3 %-i xidmət, 2,9 %-i isə digər sahələrin payına düşüb.












