Başqa sözlə, ötən ilki dollar ajiotajı və hərraclarda dollara tələbat bu il müşahidə olunmayıb. Bu özünü satılan dolların həcmində də göstərib. Ötən il dollar bazarında bir neçə dəfə «yanğın» olmuşdu. Yanvar və sentyabr aylarında baş verən qıtlıq dövründə hər dəfə bazara 600 milyon dollar «atılmışdı». Belə ki, ötən ilin yanvarında banklara 594 milyon dollar, sentyabrında isə 631 milyn dollar valyuta satılmışdı. Ümumiyyətlə, ötən il ərzində ay ərzində satılan dollar kutləsinin həcmi 300 milyon dollardan aşağı düşməyib. 11 ay üzrə orta rəqəm isə 421,4 milyon dollar olub.
Bu il isə əksinə, cəmi 3 ay banklara 300 milyon dolardan artıq valyuta satılıb. Qalan hallarda isə məbləğlər 200-300 milyon dollar arasında olub. Ümumilikdə 2017-ci ildə banklara dollar satışı üzrə orta aylıq göstərici 274 milyon dollar olub.
Bu il ən Neft Fondu banklara çox valyutanı iyun ayında satıb – 373 milyon dollar. Avqustda 292 milyon dollar, yanvarda isə 285 milyon dollar valyuta satılıb. Qalan aylarda dollar satışı 200-250 milyon dollar ətrafında olub.
Həm ötən il həm də bu il banklara ən az dollar noyabrda satılıb. Amma 2016-cı ildə bu göstərici 3-1 milyon dollar olduğu halda, bu il həmin göstərici 208 milyon dollar olub.
ARDNF tərəfindən 2016-2017-ci illər üzrə satılan valyuta həcmləri aşağıdakı kimidir:
milyon ABŞ dolları | ||
2016 | 2017 | |
Yanvar | 593,8 | 285,0 |
Fevral | 177,5 | 258,4 |
Mart | 482,3 | 250,0 |
Aprel | 303,4 | 220,8 |
May | 431,2 | 300,3 |
İyun | 449,9 | 373,2 |
İyul | 449,2 | 253,2 |
Avqust | 444,4 | 292,6 |
Sentyabr | 631,1 | 252,2 |
Oktyabr | 371,0 | 318,7 |
Noyabr | 301,5 | 208,9 |
Ayda orta hesabla | 421,4 | 274,0 |
Cəmi | 4635,3 | 3 013,3 |