Fevralın 3-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0471 manata enib. Avronun əsas valyutalara nisbətdə möhkəmlənməsi fonunda, bu göstərici son iki ayda qeydə alınan ən aşağı göstəricidir.
Eləcə də bax: Azərbaycan əhalisi ötən il nağd avro alışını iki dəfədən çox - Azaldıb
FED.az xəbər verir ki, sonuncu dəfə avronun manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin dekabrın 1-də qeydə alınmışdı – 2,0328 manat.
Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimuma yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 2,3% dəyər itirib.
Xatırladaq ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının manata qarşı məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 Rusiya rublu 0,0224 manat, 1 türk lirənin məzənnəsi isə 0,2362 manata enib. (Apa)