Dövlət Neft Fondunun (ARDNF) müxtləlif ölkələrdə daşınmaz əmlaklarının qiymətləri açıqlanıb.
Eləcə də bax: Neft Fondu ABŞ-da 50 mln. dollarlıq daşınmaz - ƏMLAK ALACAQ
FED.az xəbər verir ki, Dövlət Neft Fondunun xaricdəki daşınmaz əmlaklarından ən çox artım olanı Londonun Sent Ceymis küçəsi, 78 ünvanında yerləşən tikilisidir. Tikilinin dəyəri 2018-ci ilə nisbətən 2019-cu ildə 27,7% və ya 71,45 milyon dollar bahalaşmaqla 329,8 milyon manat təşkil edib.
İkinci ən böyük rəqəmli bahalaşma Seulun “Pine Avenue Tower” A əmlakıdır. Bu əmlakın dəyəri 819.38 milyon manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 4,5% və ya 35,3 milyon manat bahalaşıb.
ARDNF-in əmlakının cəmi qiyməti 2 milyard 517,22 milyon manat olub.
Qeyd edək ki, Milanda yerləşən “Palazzo Turati” daşınmaz əmlakını 213,1 milyon manata (2018-də bunun dəyəri 202.47 milyon manat idi) satıb.