Libyada baş verən toqquşmalar fonunda və aparıcı neft istehsalçılarının neft hasilatı həcmini dondurması perspektivi fonunda gəlirlərin güclənməsi sayəsində Asiya ticarət sessiyasının gedişində neftin qiyməti çərşənbə axşamı günü aşağı düşdü.
Nyu-York ticarət birjasına WTI markalı neftin fyuçersləri noyabrda çatdırma ilə birgə qiymətdə 0.50%, yəni bir barelə görə 43.64 dollaradək düşdü. ICE Futures Exchange-də isə Brent markalı neft noyabrda çatdırma ilə birgə qiymətdə 0.26% ucuzlaşdı, yəni bir barelə görə 45.83 dollara başa gəldi.
Bugün Amerika neft institutu keçən həftənin ABŞ üzrə olan xam neft və neft məhsulları ehtiyatlarının qiymətlərini dərc edəcəkdir. Sabah isə ABŞ Energetika Nazirliyindən analoji məlumatlar veriləcəkdir.
Dünən neftin qiyməti bahalaşmışdı. Buna səbəb isə bazardakı tələb həcmindən nəzərəçarpan dərəcədə artıq olan neft hasilatının həcminin məhdudlaşdırılması üzrə aparıcı neft istehsalçıları arasında mümkün razılığın əldə edilə bilməsi ilə bağlı yaranan ümid və gözləntilərin artması idi.
Əldə olunan məlumatlara görə Venesuela prezidendi Nikolas Maduro bildirdi ki, OPEC üzvləri və kartelə daxil olmayan istehsalçılar neft hasilatının həcminin dondurulması üzrə razılığı imzalamağa yaxındırlar. Aparıcı istehsalçılar Əlcəzairdə bu ayın ən gec sonlarında qeyri-rəsmi görüş üçün bir yerə toplaşacaqlar.
Libyanın neft terminallarına yaxın ərazidə baş verən silahlı toqquşmalar da həmçinin izafi neft təklifi barədə olan qorxuları zəiflətdi. Habelə, izafi təklif bazarda yenə də aparıcı faktor olaraq qalmaqdadır. Bununla belə, cümə günü Baker Hughes məlumat verdi ki, ABŞ-dakı neft burğularının sayı 416-dək artmış və bu da fevraldan bəri ən yüksək səviyyədir.
investing.com©