Bitcoin yeddi ayda 20 min dollar səviyyələrindən 6 min dollara qədər ucuzlaşıb. "Goldman Sachs"ın keçmiş analitiklərindən Kristofer Matta, Bitcoin-in investorlarını həyəcanlandıracaq açıqlama verib.
FED.az xəbər verir ki, investisiya məsləhəti xidmətləri təqdim edən "Crescent Crypto" şirkətinin yaradıcılarından biri olan Matta, Bitcoin investorlarının sakit olması lazım olduğunu, çünki qiymətlərin, ilin sonunda 15 min dolları görəcəyini deyib.
"Anamın pulunu da Bitcoin-ə yatıraram" deyən Matda, Bitcoin-i digər kriptovalyutalar arasında hələ də investisiya ediləcək bir layihə olaraq gördüyünü bildirib.
Bitcoin investisiyalarının iki-beş il müddətli düşünülməsi lazım olduğunu qeyd edən Matda, "Bitcoin buğa bazarına girəcək. 6 min dollar başlamaq üçün yaxşı bir nöqtədir" deyib.