Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurumun İdarə Heyətinin (İH) üzvlərinin sayının az olması və buna görə də, qəbul edilən qərarların qanunsuz olması barədə bir sıra ekspertlərin səsləndirdiyi fikirlərə münasibət bildirib.
Eləcə də bax: Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin dəyişəcəyi ilə bağlı suala – SƏDRDƏN CAVAB
FED.az xəbər verir ki, o, bu barədə onlayn rejimdə keçirdiyi mətbuat konfrasında danışıb.
"İH-nin üzvlərini ölkə prezidentinin təqdim etdiyi namizədlər olmaqla Milli Məclis təsdiq edir. Bu gün onlar 3 nəfərdir, yəni tək saydadır və İH-nin qərarlarının hüquqi qüvvəsi var. Bu, birmənalıdır", - deyə sədr qeyd edib. (Report)