Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə manatın nominal effektiv məzənnəsinin daha yüksək səviyyədə möhkəmlənəcəyini proqnozlaşdırır.
Taleh Kazımov: "Yeni Ani Ödənişlər Sistemi 40 minə qədər əməliyyatı əhatə edəcək"
FED.az xəbər verir ki, bu barədə AMB-nin baş direktoru Vüqar Əhmədov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında açıqlama verib.
Vüqar Əhmədovun sözlərinə görə, məzənnə siyasətinə dair dəyərləndirmələr zamanı yalnız son bir neçə ilin deyil, daha geniş uzunmüddətli dövrün dinamikasına baxmaq vacibdir. “Əgər 20 illik dövrə nəzər salsaq, görərik ki, manat sabit olaraq qalıb. Burada dəyişkən olan dollar və avro arasındakı nisbətlərdir”, – deyə baş direktor qeyd edib.
O bildirib ki, avro-dollar məzənnəsində baş verən dəyişikliklər qısamüddətli xarakter daşıya bilər və bu, dolların avro qarşısında fundamental olaraq zəifləməsi anlamına gəlmir: “Bu dinamika müəyyən dövr davam edə bilər, lakin daha sonra əvvəlki səviyyələrə də qayıda bilər”.
AMB rəsmisi əlavə edib ki, bazarda iki əsas dollar indeksi mövcuddur, spot dollar indeksi və ABŞ dollarının nominal effektiv məzənnəsi. Hər iki göstəricidə ucuzlaşma müşahidə olunsa da, xüsusilə spot dollar indeksinin manatın nominal effektiv məzənnəsinə təsiri olduqca zəifdir.