Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının profisitini gözləyir.
Eləcə də bax: Azərbaycanda inflyasiyanın artacağı - Gözlənilir
FED.az xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
“Davam edən müsbət trendlər 2021-ci ilin sonuna tədiyə balansının profisitinin bərpasını proqnozlaşdırmağa imkan verir”, - Rüstəmov cümə günü mətbuat konfransında bildirib.
Oqeyd edib ki, BVF-nin yenilənmiş proqnozlarına əsasən, dünya iqtisadiyyaının artımı 6% təşkil edəcək, bu da ötən proqnozdan 0,5 faiz punktu çoxdur. Bu, bütün dünyada koronavirusa qarşı vaksnasiya və gözləilən nəticələrlə izah olunur.
Bundan başqa, Rüstəmovun sözlərinə görə, OPEC+ sazişi fonunda qlobal fəallığın bərpası neft bazarında tələbat artımını fəal dəstəkləyir.
“2021-ci ilin əvvəlindən bir barel Brent markalı neftin orta qiyməti $62-ni ötüb və beynəlxalq təşkilatların proqnozlarına əsasən, 2021-ci ilin qalan dövrü ərzində bu səviyyəyə yaxın qalacaq”, - Rüstəmov qeyd edib. (İnterfaks)