Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır.
"Azərbaycan Kredit Bürosu" ötən il 119 milyona yaxın - Sorğu Qəbul Edib
FED.az xəbər verir ki, AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə assimetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 200-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB İnformasiya texnologiyaları departamentinə Layihə meneceri üzrə vakansiya elan edir.
Vakansiya haqqında:
Vəzifə: Layihə meneceri (İT yönümlü)
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Müraciət üçün son tarix: 28.07.2023
Vəzifə öhdəlikləri və fəaliyyətlər:
- Biznes proseslərin analiz olunması;
- Biznes prosesə uyğun texniki tələblərin formalaşdırılması;
- Layihənin icrası zamanı dizayn və proqramlaşdırma komandası ilə sıx əməkdaşlıq, sualların cavablandırılması və istiqamətləndirilməsi;
- Layihənin uğurla icrası üçün prosesə rəhbərlik edilməsi;
- Layihələrlə bağlı gedişatın izlənməsi və qiymətləndirilməsi;
- Məhsulun hazırlanma prosesinə nəzarət və istiqamət verməklə proqram təminatı komandası ilə sıx əlaqə;
- Məhsulun və layihənin inkişafı üçün yeni təkliflərin hazırlanması;
- Maraqlı tərəflərlə birlikdə məhsulun istismara verilməsinin planlaşdırılması və icra olunması;
- Layihə və ya məhsulun test edilməsini təmin etmək, sənədləşdirilməsini aparmaq, məlumat axınlarını hazırlamaq, APİ-lərin giriş çıxışlarını dizayn etmək;
- Sifarişçilərlə/vendorlarla kommunikasiya planının qurulması, müddət və tələblərin razılaşdırılması;
- İstifadəçi rollarının, istifadəçi xəritəsinin (user map), istifadəçinin funksionallığının müəyyənləşdirməsi;
- Texniki tapşırıqların hazırlanması və komanda/müştəri ilə bölüşülməsi.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (texniki və ya biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: Biznes analitikası, texniki tapşırıqların hazırlanması, biznes proseslərin təhlili, biznes tələblərin hazırlanması üzrə;
- Dil bilikləri: Azərbaycan və İngilis dili əla səviyyədə (Rus dili orta səviyyədə olması arzuolunandır);
- Komputer bilikləri: Jira, BPM alətləri, Powerpoint, Figma ilə sərbəst işləmə bacarıqları;
- Yüksək təqdimat bacarığı;
- Fikrini dəqiq, düzgün formada ifadə etmək bacarığı
- Məlumatı təhlil etmək və faktlara əsaslanaraq düzgün qərar vermək bacarığı.
Maraqlanan namizədlər CV-lərini emailin mövzu (subject) hissəsinə Layihə meneceri (İT yönümlü) qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.