2022-ci ildə "Azərbaycan Kredit Bürosu" MMC-yə (AKB) 118,6 milyon adi sorğu, o cümlədən 98,6 milyon toplu sorğu daxil olub ki, bu da 2021-ci illə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 3,4 dəfə çoxdur.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Bundan başqa, sənədə əsasən, ötən il Büronun qəbul etdiyi skorinq sorğularının sayı 23 dəfə artaraq 4,6 milyona çatıb.
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5 % payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan" ASC-lərdir. ( Report)