"AGLizinq" şirkətinin direktoru İbrahim Əsədov vəzifəsindən azad edilib.
Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, onu Rəşad Musayev əvəz edib.
"AGLizinq" şirkəti 2005-ci ildə 1 milyon manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb. Bu məbləğin 40%-ni "AGBank", 60%-ni isə bərabər olmaqla 2 xarici şirkət təmin edib.
Renkinq©