“Azərbaycan Dəmir Yolları"QSC-nin Həkim-Sanitar Xidməti 2019-cu ili 829 min manat xalis zərərlə başa vurub. Qurum 2018-ci ildən 1,164 milyon manat zərərlə çıxmışdı.
FED.az xəbər verir ki, ötən il Həkim-Sanitar Xidməti əsas əməliyyat gəlirləri 1,725 milyon manat (illik müqayisədə 2,4 dəfə çox), sair əməliyyat gəlirləri 6,284 milyon manat (37,5% çox), istifadə etdiyi material ehtiyatları üzrə xərcləri 484 min manat (3,75 dəfə çox), işçi heyəti üzrə xərcləri 5,943 milyon manat (53,9% çox), amortizasiya xərcləri 1,107 milyon manat (3,7% az), digər əməliyyat xərcləri 1,24 milyon manat (5,6%), mənfəət vergisi ödəmələri isə 64 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə Həkim-Sanitar Xidmətinin aktivləri 4,859 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,2% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 3,55 dəfə artaraq 78 min manata çatıb, balans kapitalı isə 7,8% azalaraq 9,781 milyon manata, o cümlədən nizamnamə kapitalı 36,45% azalaraq 889 min manata düşüb.