Cari ilin üçüncü rübündə ABŞ-ın ÜDM-i ilkin dəyərləndirmələrə əsasən, illik hesabla 33,1 faiz artıb.
Milli valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi - AÇIQLANIB
FED.az ölkənin Ticarət Departamentinin İqtisadi Təhlillər Bürosunun açıqlamasına istinadən xəbər verir ki, bu nailiyyətə COVID-19 ilə bağlı təxirə salınmış fəaliyyətlərin, müəssisələrin fəaliyyətinin bərpasına dair hökumətin gördüyü tədbirlər sayəsində əldə edilib.
Əvvəlki 16,7 faizlik rekord göstərici 1950-ci ilin birinci rübündə qeydə alınmışdı.
Qeyd edək ki, 2020-ci ilin birinci rübündə ölkə ÜDM-i 5 faiz, ikinci rübündə isə rekord hədd olan 31,4 faiz azalmışdı.
Bu ilin birinci rübündə ABŞ ÜDM-i ötən ilin müvafiq dövrünə nisbətən 0,3 faiz çox, ikinci rübündə 9 faiz az, üçüncü rübündə isə 2,9 faiz az olub.