2023-cü ilin yanvar-avqust aylarında əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 7,1% - 12 milyard 580,1 milyon manatadək artıb.
Azərbaycanda bankomantlar 3%-dək artıb
FED.az xəbər veriri ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Avqustda əhalinin banklardakı əmanətləri 125,4 milyon manat azalıb.
Yanvar-avqust aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 12,3% - 8 milyard 17,8 milyon manatadək (bütün əmanətlərin 63,7%-i) artıb. Avqust ayında milli valyutada əmanətlərin həcmi 57,2 milyon manat azalıb.
Yanvar-avqust aylarında əhalinin xarici valyutada bank əmanətləri 0,9% - 4 milyard 562,3 milyon manatadək və ya bütün əmanətlərin 36,3%-i səviyyəsində artıb (2022-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2% təşkil edib). Avqustda əhalinin xarici valyutada bank əmanətləri 68,2 milyon manat azalıb.
Yanvar-avqust aylarında rezidentlərin banklardakı əmanətlərinin həcmi 11 milyard 239,26 milyon manat (artım 6,3%), qeyri-rezidentlərin – 1 milyard 340,85 milyon manat (artım 14,2%) təşkil edir.
2023-cü il avqustun 31-nə banklarda əmanət və depozitlərin həcmi 34 milyard 325,1 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 5,3% azdır. (İnterfaks-Azərbaycan)