Azərbaycanda bankomatların sayında artım qeydə alınıb..
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Belə ki, cari ilin avqust ayında ümumilikdə 3 104 ədəd bankomat quraşdırılıb. Bu da aylıq 17 ədəd (0,6%) illik isə 79 ədəd (2,6%) çoxdur.
Keçən ay qurşadırılmış bankomatların sayı 3 087, ötən ilin avqust ayında quraşdırılmış bankomatların sayı isə 3 025 ədəd olub.
2022-ci ilin avqust ayında bu göstərici 21 814,2 milyon manat təşkil edib.
POS-terminalların 1 612 ədədi Bakının, 1 492 ədədi də regionların payına düşür. Bakıda quraşdırılmış bankomatların sayı aylıq 9 ədəd ( 0,6%), illik, 30 ədəd (1,9%) artıb.
Cari ilin iyul ayında Bakıda 1 603 ədəd, ötən ilin avqust ayında 1 582 ədəd bankomat qurşadırılıb.
Regionlarda isə aylıq 8 ədəd (0,5%), illik, 49 ədəd (3,4%) artım qeydə alınıb.
Regionlarda keçən ay 1 484 ədəd, ötən ilin avqust ayında 1 443 ədəd bankomat quraşdırılıb.