ABŞ FRS rəhbərinin mümkün müsbət şərhləri fonunda gün boyunca avro satmaq tövsiyyə olunur.
Bugün D.Yellen Konqresdə çıxış edəcək və nəticədə, yerdə qalan iki iclasdan istənilən birində uçot dərəcəsinin artırılması elan edilə bilər.
İşsizlik müavinatına dair bəyanatların dörd həftəlik orta göstəricisi müsbət pozitiv dinamika nümayiş etdirir və bu da gələn cümə günü məşğulluğa dair güclü nəticələrin çıxmasına ümid bəsləmək imkanı verir.
Son 9 ayda baza inflyasiya ardıcıl olaraq özünü 2%-lik səviyyədən yuxarı göstərmişdir. Bu isə inflyasiya gözləntilərinin və öz növbəsində faiz dərəcələrinin artmasının ilk nişanəsidir.
Bu yaxınlarda FOMC üzvü Fişer çox aşağı faiz dərəcələrinin olması ilə bağlı narahatlığını ifadə etmişdi. Beləliklə, elə bir məqam gəlib çatmışdır ki, FRS tərəfindən uçot dərəcələrinin artırılması sadəcə zamana bağlı məsələdir. Burada OPEK rəhbərinin çərşənbə axşamı günü etdiyi nitqini yada salmaq yerinə düşərdi. Həmin nitqdə qeyd edilirdi ki, dünyanın bütün iri neft bazaları tam şəkildə dolub və əgər bununla əlaqədar neftə tələbat yaxın zamanlarda artmasa, o zaman qara qızıl üçün bu, böyük zərbə olacaqdır. Dünya ÜDM-nin dinamikasına nəzər salsaq görərik ki, yaxın 6 ayda tələbat heç də artmayacaqdır. Neft qiymətlərinin düşməsi isə ənənəvi olaraq EUR/USD cütlüyünə təsirini göstərəcəkdir.
Bu baxımdan gün ərzində kotirovkaların 1,1230/1,1250 səviyyəsində qalxması fonunda "Sell" mövqeyi açmaq və gəliri 1,1180 səviyyəsində möhkəmləndirmək tövsiyyə olunur.
freshforex.org©