Yaponiya Bankının keçiridiyi iclasın yekunları dərc edildikdən sonra günün birinci yarısı "riskə olan meyl"in artması fonunda valyuta cütünün nisbətən aşağı düşməsi gözlənilməlidir. Bugün yapon monetar tənzimləyicisi (requlyatoru) son dərəcə aşağı inflyasiya gözləntiləri fonunda iqtisadiyyatı stimullaşdırmaq üçün əlavə vasitələrə əl atmaq məcburiyyətində qalacaqdır.
Yaponiya Bankının yeni stimullar tətbiq etdiyi son üç ilin tarixinə nəzər salsaq, görərik ki, risk aktivləri davamlı tələbə malik olmuşlar. Bəzən bu tələb qısamüddətli perspektivdə özünü göstərsə də, bəzi hallarda bu tələb ortamüddətli perspektivdə də qorunub saxlanılmışdır. İstənilən halda, risk aktivləri bu sahədə də dəstək almış, çünki avro son iki ildə "carry trade" əməliyyatlarının maliyyələşdirilməsində əsas valyutalardan birinə çevrilmişdir və buna görə də əsas valyuta cütünün kotirovkalarında enmə gözləmək olar.
Günün ikinci yarısında investorların bütün diqqəti FOMC-un əsas faiz dərəcələri ilə bağlı verəcəyi qərara yönələcəkdir. Qısamüddətli xəzinə istiqrazlarının ləng bazar dinamikasını nəzərə alsaq, o zaman bugün requlyatorun (tənzimləyicinin) heç bir dəyişiklik tətbiq etməyəcəyini gözləmək olar. Habelə, D.Yellenin bəyanatına da diqqət yetirmək tövsiyyə olunur. Bəzi analitiklərin fikrincə, FRS rəhbəri uçot dərəcələrinin artırılması üçün məşğulluq və inflyasiya üzrə cari göstəricilərin kifayət etməyəcəyini qeyd edəcəkdir. Halbuki, FRS ilin sonunadək dərəcələri qaldıra bilər.
Bəs bu hal sözügedən valyuta cütünə necə təsir edəcəkdir? Bəziləri düşünür ki, ilk növbədə 50-100 p. üzrə yuxarıya doğru hərəkəti, daha sonra aşağıya doğru hərəkəti və sonda əvvəlki mövqeyə qayıdışı müşahidə etmək mümkün olacaqdır.
Beləliklə, bu fonda gün boyunca 1,1100-1,1200 diapazonu çərçivəsində "flat" gözləmək olar.
freshforex.com©
21 sentyabr tarixinə EUR/USD proqnozu
16:10
21 Sen 2016