Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında ortamüddətli dövr üçün (2026-2029-cu illər) yenilənmiş makroiqtisadi proqnozlar təqdim olunub.
Mərkəzi Bank pessimist ssenarisini açıqladı - "Bu ssenari manatın zəifləməsinə səbəb olur"
FED.az 2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsinə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026- 2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülmüşdür.
"Fiskal və monetar siyasətlərin sıx əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin əvvəlki ildəki kimi sabitliyini (1 ABŞ dollarına qarşı 1,70 manat) təmin etmişdir", - Ortamüddətli Büdcə Çərçivəsi hesabatında deyilir.