2022-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycandakı layihələr üzrə cari portfeli 3,9 dəfə - 12,649 milyon avroya qədər azalıb.
Azərbaycana 41 milyon avroluq təklif - 8 İLƏ ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə bankın illik maliyyə hesabatında deyilir.
“1 yanvar 2023-cü il tarixinə bankın Azərbaycandakı layihələr üzrə portfeli 12,649 milyon avro (1 yanvar 2022-ci il tarixinə 49,438 milyon avro) təşkil edir”, - deyə hesabatda bildirilir.
2022-ci ilin sonuna manatla olan qalıq borc 5,521 milyon manat (2021-ci ilin sonuna 5,191 milyon manat) təşkil edir.
Cari ilin əvvəlinə QDTİB-in kredit portfeli 2 milyard 68,776 milyon avro (2022-ci il ərzində azalma 12,7% - İF) təşkil edir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir. (İnterfaks-Azərbaycan)