Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ildə milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinin artdığını qeyd edir.
Eləcə də bax: "Cari ildə pul-kredit siyasətinin dəyişdirilməsi gözlənilmir"
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
2022-ci il yanvarın 1-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2020-ci ilin yekunları üzrə 13,69%-ə qarşı 14,33% təşkil edib.
2021-ci ilin sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 4,8% təşkil edib, 2020-ci ilin sonuna bu göstərici 5,21%-ə bərabər olub.
Bununla yanaşı, yanvar ayının əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 9,98% (2020-ci ilin sonuna 9,27%), xarici valyutada 4,71% (4,98%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 16,44% (16,09%), xarici valyutada 5,45% (6,53%) təşkil edib.
2021-ci ilin sonuna milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 8,59% (2020-ci ilin sonuna 8,62%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 1,48% (1,71%) təşkil edib.
2021-ci il dekabrın 31-nə hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 5,32% (5,92%), xarici valyutada 0,99% (1,05%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 9,12% (9%), xarici valyutada 1,81% (2,15%) təşkil edib.
AMB-nin məlumatına görə, 2021-ci ilin sonuna milli valyutada yeni kreditlər üzrə orta faiz dərəcəsi 16,43% (2020-ci ilin sonuna 15,65%), xarici valyutada 5,06% (3,43%) təşkil edib.
Ötən ilin sonuna banklar tərəfindən milli valyutada cəlb edilmiş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,07% (8,24%), xarici valyutada 1,35% (1,15%) təşkil edib.