Hesablama Palatası 2020-ci ili 70,907 min manat məbləğində xalis mənfəətlə (2019-cu ildə 118,443 min manat məbləğində xalis zərərə qarşı) başa vurub.
FED.az xəbər verir ki, hesabat dövründə Hesablama Palatasının gəlirləri 7 milyon 437,687 min manat (2019-cu illə müqayisədə artım 32,1%), xüsusilə qeyri-birja əməliyyatlarından gəlirləri 7 milyon 337,921 min manat (artım 30,3%) təşkil edib.
2020-ci ildə Palatanın xərcləri 7 milyon 366,78 min manat (artım 28,2%) təşkil edib. Xərclərin böyük hissəsi - 6 milyon 808,575 min manat (artım 37,4%) işçilərə əməkhaqqı ödənişinin payına düşüb.
Ötən il Hesablama Palatasının aktivləri 1,1% - 5 milyon 604,896 min manata, kapitalı 1,3% - 5 milyon 709,007 min manata qədər artıb, öhdəlikləri 29,9% - 14,461 min manata qədər azalıb. (İnterfasks)