Yaxın 2 il ərzində manatın məzənnəsinin ciddi dəyişməsi gözlənilmir. FED.az xəbər verir ki, bu barədə «Fitch» beynəlxalq reytinq agentliyinin yaydığı proqnozlarda bildirilir. Proqnoz müəlliflərinin fikrincə, dünya bazarında neft qiymətlərinin ciddi dəyişməyəcəyi təqdirdə Azərbaycanda yaxın 2 il ərzində manatın məzənnəsi də dəyişməyəcək.
Hesabatda deyilir ki, 2017-də dolların məzənnəsi orta hesabal 1,78 manat olub. 2018-ci ildə bu göstərici 1,73 manat, 2019-cu ildə isə 1,71 manat olacaq.
Agentlik ölkədəki iqtisadi artım proqnozlarını da açıqlayıb. Hesabata görə, 2018-ci ildə ölkə iqtisadiyyatı 1,2%, gələn il isə 3,3% artacaq. Budcə kəsiri bu il də davam edəcək, amma 2019-cu ildə büdcədə kəsir deyil, profisit yaranacaq.
Tədiyyə balansında isə mənfi göstərici qarşıdakı iki ildə də davam edəcək.
«Fitch»in Azərbaycanla bağlı makroiqtisadi proqnozları:
Göstərici |
2015 |
2016 |
2017 |
2018 |
2019 |
Nominal ÜDM, milyard dollar |
53,0 |
37,5 |
38,2 |
43,4 |
47,3 |
ÜDM-in real artımı, %-lə |
1,1 |
-3,1 |
0,3 |
1,2 |
3,3 |
İstehlak qiymətləri indeksi (inflyasiya), %-lə |
4,0 |
12,4 |
12.,0 |
9,0 |
4,8 |
Milli valyutanın məzənnəsi |
1,03 |
1,61 |
1,78 |
1,73 |
1,71 |
Büdcə balansı |
-2,5 |
-0,4 |
-6,3 |
-0,9 |
1,5 |
Cari hesablar balansı |
1,3 |
-1,6 |
-1,8 |
-1,9 |
-1,8 |