Bazar ertəsi gününün birinci yarısında britaniya valyutası var gücü ilə kotirovkalarda artım nümayiş etdirməyə çalışırdı, lakin satıcılar aktiv şəkildə funtun artımı üzrə şort (qısa) mövqeyi tuturdular. Bir sıra analitiklər düşünür ki, bu yanaşmaya qoşularaq Sell mövqeyini açmaq lazımdır. Kotirovkaların düşməsi üçün əsas təkanverici qüvvə (drayver) Britaniya və ABŞ-ın inflyasiya göstəricilərinin differensialının dəyişməsi ola bilər.
İri bazar iştirakçıları ənənəvi olaraq bu göstəricini izləyir və güclü dəyişikliklər baş verdikdə spekulyasiya etmək imkanını əldən vermirlər.
Avqust ayının yekunlarına əsasən bu göstərici 0.2%-dən 0.5%-dək artdı. Bu isə qısamüddətli perspektivdə spekulyasiya üçün kifayət qədər dəyişiklik demək idi. Əvvəllər də qeyd edildiyi kimi bugün günün ikinci yarısında ABŞ-dan müsbət makroiqtisadi statistikanı gözləmək olar. Bu isə öz növbəsində ayıları qısamüddətli mövqe qurmağa sövq edəcəkdir. Lakin qara qızıl bazarındakı pessimistik nəticələrdən də yan keçmək olmaz. Neft kotirovkaları zəiflik nümayiş etdirir, bu da funt sterlinq üzərindəki təzyiqi artıracaqdır.
Beləliklə, gün boyunca kotirovkaların 1,3050/1,3100 həddində artımı fonunda Sell mövqeyi açıb gəlirləri 1,2970 həddində möhkəmləndirmək tövsiyyə olunur.
20 sentyabr tarixinə GBP/USD proqnozu
13:18
20 Sen 2016