Kotirovkaların artması fonunda gün boyunca avro məzənnəsini satmağa dəyər. Bu əsasən iki səbəblə izah olunmalıdır.
Birinci səbəb: ona görə ki, avrozonanın tədiyyə balansı üzrə bu yaxınlarda dərc olunan hesabat bazar iştirakçılarının gözləntilərindən də nəzərəçarpan dərəcədə pis çıxdı. Yəni 27.2 milyard avro şəklində verilmiş konsensus proqnozdan fərqli olaraq cəmi 21 milyard avro çıxdı. İllik anlamda cari hesab profisiti iyulda 7% azaldı, bu da son 4 ayda maksimal azalma deməkdir. Həmçinin avro kotirovkalarının funta nisbətdə olan güclü artımı da gözdən qaçmamalıdır, çünki məhz bu faktor avropa məhsullarının Britaniya bazarlarındakı rəqabət qabiliyyətini azaldır. Bununla əlaqədar avro güclənsə, o zaman profisit də daha sürətli templərlə azalmağa başlayacaqdır və müsbət trendi qoruyub saxlamaq üçün monetar siyasət yürüdən dövlətlərə 1.08-1.12 diapazonu əlverişli olacaqdır.
İkinci səbəb: hazırda avqust ay üçün ABŞ-da tikinti sektoru üzrə orta hesabla müsbət göstəriciləri gözləmək olar ki, bu da dollara dəstək olacaqdır. Son 10 ayda istehlakçı güvən indeksinin maksimumadək artımı tikinti sferasında əmək aktivliyinin artacağına ümid etməyə imkan verir.
Bu baxımdan 1,1185/1,1208 həddində kotirovkaların artması fonunda Sell mövqeyini açıb 1.1125 həddində gəlirləri möhkəmləndirmək tövsiyyə olunur.
freshforex.org©
20 sentyabr tarixinə EUR/USD proqnozu
10:58
20 Sen 2016