Oktyabrın 11-də Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan FED.az-a verilən məlumata görə, AZ2033008684 saylı istiqrazların həcmi 20 mln manat, müddəti 23 il (8280 gün) olub.
İstıqrazların yerləşdirmə zamanı hərrac qiyməti 1003,6667AZN olub.
Qeyd edək ki, ipoteka istiqrazlarının illik gəlirliyi 3% təşkil edir ki, bu da olduqca aşağı sayılır. İstiqrazların belə aşağı gəlirliklə yerləşdirilməsinin səbəbi odur ki, əldə olunan pullar ipoteka kreditlərinin verilməsinə sərf edilir. İpoteka kreditləri isə azı 3,7% dərəcə ilə yerləşdirildiyinə görə, istiqrazların gəlirliyi bundan aşağı olmalıdır. Ona görə də təəccüblü deyil ki, istiqrazlara sifariş elə də yüksək olmayıb, 20 milyon manatlıq istiqrazlara elə 20 mln. manat da sifarış daxil olub və bütün istiqrazlar satılıb.
İstiqrazların ödəmə tarixi 29 aprel 2041-ci ildir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
20 milyon manat borc aldı - 2041-DƏ QAYTARACAQ
20:43
11 Okt 2018