2022-ci ilin yanvar-noyabr aylarında Sahibkarlığın İnkişafı Fondu (SİF) 119,6 milyon manat ümumi məbləğdə güzəştli kredit verib, bu da 2021-ci ilin 11 ayının göstəricisindən 17,7% çoxdur.
Daha bir şirkətə - GÜZƏŞTLİ KREDİT VERİLDİ
FED.az Fonda istinadən xəbər verir ki, 11 ay ərzində 2 343 layihə maliyyələşdirilib (artım 51,2%).
Verilmiş kreditlər hesabına 2 594 yeni iş yeri yaradılacaq.
2021-ci ildə sahibkarlara 130,6 milyon manat güzəştli kredit verilib.
2022-ci ildə SİF sahibkarlara 140 milyon manat məbləğində güzəştli kredit verməyi planlaşdırır. (İntrefaks-Azırbaycan)