İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu sənaye məhsullarının istehsalı və emalı layihələrinin maliyyələşdirilməsi çərçivəsində "ATA PACK" MMC-yə 1 milyon 950 min manat kredit verib.
Azərbaycanın boru istehsal edən şirkətinə - GÜZƏŞTLİ KREDİT VERİLDİ
FED.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.
Xatırladaq ki, Sahibkarlığın İnkişafı Fondu ölkə Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.