Yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 424 milyon 32 min manat olub.
Eləcə də bax: Azərbaycanda plandan əlavə - 1,1 MİLYARD MANAT ARTIQ VERGİ TOPLANIB
FED.az xəbər verir ki, komitədən bildirilib ki, yeddi ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 657 milyon18 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 649 milyon 758 min manat, aksizlər üzrə 92 milyon 736 min manat, yol vergisi üzrə isə 24 milyon 519 min manat təşkil edib.