2022-ci ilin aprelində Türkiyədə illik inflyasiya 69,97 faiz təşkil edib.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankının ehtiyatları 109 mlrd. dollara - ÇATIB
FED.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.
Qeyd olunur ki, inflyasiya mart ayı ilə müqayisədə 7,25 faiz, ötən ilin dekabrından bəri isə 31,71 faiz artıb.
İl ərzində ən çox nəqliyyat xidmətləri (105,86 faiz), ərzaq (89,1 faiz) və mebel (77,64 faiz) bahalaşıb.
Mart ayında illik inflyasiya 61,1 faiz təşkil etmişdi. (Trend)