Türkiyədə illik inflyasiya yenidən azalıb.
Mərkəzi Bank: 2025-ci ildə inflyasiya hədəf diapozonunda qalacaq
FED.az xəbər verir ki, Türkiyədə inflyasiya 2025-ci ilin əvvəlində yenə azalmağa davam edib, bu da ölkənin mərkəzi bankı üçün faiz endirimi strategiyasını dəstəkləyir. Türkiyənin statistika qurumunun məlumatlarına görə, inflyasiya göstəricisi yanvar ayında 42% olub, bu isə dekabr ayındakı 44%-lik göstəricidən aşağıdır. Bu göstərici gözləniləndən bir az yüksək olsa da, inflyasiyanın səviyyəsi 8 aydır ki, azalmağa davam edir. Ötən ilin may ayında inflyasiya 75%-dən yuxarıydı. Mərkəzi bank, faizləri endirməkdə ehtiyatlı yanaşmasını davam etdirir.