Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il üzrə inflyasiya proqnozunu açıqlayıb.
FED.az xəbər verir ki, AMB mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin möhkəmlənməsinə yönəldiyini bildirib.
Qeyd olunub ki, mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.