Türkiyənin Ticarət Nazirliyi ölkənin İsraillə bütün ixrac və idxal əməliyyatlarını dayandığını təsdiqləyib.
Türkiyə İsrailə bir sıra məhsulların ixracına - QADAĞA QOYDU
FED.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.
Qeyd olunub ki, bu qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım axınına icazə verənə qədər həyata keçirəcək.
***
Ankara İsrail tərəfi ilə bütün ticarət əlaqələrini dayandırıb.
FED.az xəbər verir ki, bu barədə Bloomberg iki türk rəsmisinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, respublika hakimiyyət orqanları hələlik, bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib.
Bildirilib ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi pul ifadəsində 6,8 milyard dollar təşkil edib.
Eyni zamanda, tədarükün 76%-i Türkiyə mallarının ixracından əldə olunub. (Apa)