Azərbaycanda fəaliyyət göstərən banklarda əmək haqları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, ölkə banklarında əmək haqları bir-birindən kəskin fərqlənir. Bəzi banklarda orta aylıq əmək haqqı digər banklarla müqayisədə 2 dəfə artıqdır.
FED.az-ın apardığı hesbalamaya görə, ölkənin bank sektorunun lideri olan ABB bankda orta aylıq əmək haqqı 5063 manat təşkil edir.
Ən yüksək orta aylıq əməkhaqqı isə “PAŞA Bank”dadır – 6 586 manat. İkinci yerdə ölkədə fəaliyyət göstərən 2 Türkiyə bankından biri - “Yapı Kredi Azərbaycan”dır – 6 396 manat, üçüncü yerdə isə “Bank Respublika” – 6 150 manat qərarlaşıb.
İlk beşliyi “Kapital Bank” tamamlayır – 4 474 manat .
Ümumiyyətlə Azərbaycandakı 21 bankdan 15-də orta əmək haqqı 3 min manatdan yüksək, 5 bankda isə 3 min manatdan aşağıdır.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyununda Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 174 manat olub. Başqa sözlə, bütün banklarda əmək haqqı ölkə üzrə orta əməkhaqqından azı 2 dəfə yüksəkdir.
Bundan başqa, DSK-nin məlumatına görə, maliyyə və sığorta sektorunda əmək haqqı 2 892 manat təşkil edir.
Ölkədəki banklarda əmək haqqı aşağıda göstərib:






![Azərbaycan banklarında ən yüksək maaş haradadır? – [red]BANKLAR, MƏBLƏĞLƏR[/red] | FED.az](/upload/news/small/869317.jpg)
![Azərbaycan banklarında ən yüksək maaş haradadır? – [red]BANKLAR, MƏBLƏĞLƏR[/red] | FED.az](/upload/news/small/2663065.png)








