SRC LLC
Nəqliyyat şöbəsinin mütəxəssisi (Fleet nəzarəti)
Son tarix 30 okt 2026 - [email protected]
Şirkət: SRC MMC (SIXT Azərbaycan)
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri
- Avtomobil parkının gündəlik statusunun Cobra sistemində aparılması, sıradan çıxmış avtomobillərin nəzarətdə saxlanması
- Hava limanı və şəhər satış nöqtələri arasında avtomobil bölgüsünün planlaşdırılması
- Park və açar inventarizasiyasının aparılması
- Yeni avtomobillərin parka qəbulu (yoxlama, komplektasiya, qeydiyyat, sığorta, brendinq)
- Parkdan çıxarılan avtomobillərin sənədləşməsi və təhvili
- Zədə aktlarının hazırlanması, zədə xərclərinin müştəri və sığorta şirkəti ilə həlli
- Yol hərəkəti cərimələrinin izlənməsi və müvafiq şəxsə aid edilməsi
- Texniki baxış, sığorta, etibarnamə və texniki xidmət müddətlərinə nəzarət
- Servis və təmir işlərinin, yanacaq xərclərinin uçotu
- Aylıq fleet hesabatının hazırlanması
Tələblər
- Ali təhsil (nəqliyyat, mühəndislik, iqtisadiyyat, logistika)
- Avtomobil parkı, avtomobil icarəsi, lizinq, sığorta və ya avtoservis sahəsində ən azı 2 il iş təcrübəsi
- B kateqoriyalı sürücülük vəsiqəsi (ən azı 2 il sürücülük təcrübəsi)
- MS Excel biliyi orta və yuxarı səviyyədə (filtr, pivot, VLOOKUP)
- Azərbaycan dili səlis, rus dili işgüzar, ingilis dili orta səviyyədə
- Sığorta (icbari, KASKO) və avtomobilin texniki xidməti üzrə əsas biliklər
- Dəqiqlik, məsuliyyət, analitik düşüncə və danışıq bacarığı
Üstünlük veriləcək
- İş prosesində AI alətlərindən istifadə bacarığı
İş şəraiti
- Əmək haqqı: 1 000 AZN net
- İş qrafiki: həftə içi 10:00–18:00, şənbə 10:00–16:00
- Rəsmi əmək müqaviləsi və sosial sığorta
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Nəqliyyat şöbəsinin mütəxəssisi mövzusu ilə göndərə bilərlər.













