Azərbaycanda bank sektorunda əməkhaqqı səviyyəsi kifayət qədər yüksək olsa da, ayrı-ayrı banklar arasında ciddi fərqlər var.
Azərbaycan banklarında ən yüksək maaş haradadır? – BANKLAR, MƏBLƏĞLƏR - TAM SİYAHI
FED.az-ın hesablamaları ilə 2026-cı ilin ilk yarısının göstəricilərinə əsasən, orta aylıq əməkhaqqının ən yüksək olduğu 5 bank müəyyənləşib.
Siyahıya PAŞA Bank başçılıq edir. Bankda orta aylıq əməkhaqqı 6 586 manat təşkil edib. «PAŞA Bank»ı 6 396 manatla «Yapı Kredi Azərbaycan», 6 150 manatla «Bank Respublika» izləyir. İlk üç bankın hər birində göstərici 6 min manatdan yüksəkdir.
Bank sektorunun lideri – ölkənin ən böyük bankı olan ABB orta aylıq əmək haqqının məbləğinə görə 4-cü yerdə qərarlaşıb. Bankda orta aylıq əməkhaqqı 5 063 manatdır. İlk beşliyi bank sektorunun liderlərindən olan Kapital Bank tamamlayır – orta aylıq maaş - 4 474 manat.
|
№ |
Bank |
Bir nəfərə düşən aylıq orta əməkhaqqı |
|
1 |
PAŞA Bank |
6 586 manat |
|
2 |
Yapı Kredi Azərbaycan |
6 396 manat |
|
3 |
Bank Respublika |
6 150 manat |
|
4 |
ABB |
5 063 manat |
|
5 |
Kapital Bank |
4 474 manat |
Beləliklə, ilk beşlik daxilində ən yüksək və ən aşağı göstərici arasında 2 112 manat fərq var. «PAŞA Bank»da bir nəfərə düşən aylıq orta əməkhaqqı «Kapital Bank»la müqayisədə təxminən 47% yüksəkdir.













