29 sentyabr tarixində Azərbaycan Basketbol Federasiyasının (ABF) ötən mövsümün yekunlarına və yeni basketbol mövsümünün başlanmasına həsr olunmuş tədbiri keçirilib.
FED.az xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan basketbolunun inkişafına uzunmüddətli dəstək göstərən VTB (Azərbaycan)-ın bu istiqamətdəki fəaliyyəti qeyd olunub. Uzun illərdir ABF ilə tərəfdaşlıq edən bank basketbolun inkişafına və ölkədə idmanın təbliğinə yönəlmiş təşəbbüslərə davamlı dəstək göstərir.
ABF-nin prezidenti Emin Əmrullayev tərəfindən bankın İdarə Heyətinin sədri İqor Anatolyeviç Okaevə xüsusi mükafat təqdim olunub. Bu təltif bankın basketbolun inkişafına verdiyi uzunmüddətli dəstəyin və tərəfdaşlığının yüksək qiymətləndirilməsinin göstəricisidir.
VTB (Azərbaycan) sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələr çərçivəsində idmanın inkişafına və gənclərin idmana cəlb olunmasına dəstək verməyə davam edir.













