Cənubi Koreyanın mərkəzi bankı dekabr ayında təxminən bir ton yerli istehsal olunmuş qızıl almağı planlaşdırır ki, bu da 2013-cü ildən bəri ilk fiziki qızıl alışıdır.
FED.az xəbər verir ki, Koreya Bankı ( BOK ) təxminən bir ton yerli istehsal qızılı almağı planlaşdırır . Bu, bankın 2013-cü ildən bəri ilk fiziki qızıl alışı olacaq.
Bank yerli istehsal olunmuş qızılın ticarəti üçün lazımi sistemi qurduqdan sonra ilk əməliyyatını 14 dekabr ətrafında həyata keçirməyi planlaşdırır.
Xatırladaq ki, avqust ayının sonuna Cənubi Koreya mərkəzi bankı bazar qiymətləri ilə 14,88 milyard dollar dəyərində 104,4 ton fiziki qızıla sahib idi. Bu məbləğ bankın ümumi valyuta ehtiyatlarının 3,4 faizini təşkil edir.
Bank həmçinin iyun ayının sonuna olan məlumata görə, 250 milyon dollar dəyərində qızıl birja ticarət fondlarına sahib idi.
Mərkəzi Bank orta və uzunmüddətli perspektivdə valyuta ehtiyatlarında qızılın payını tədricən artırmağı planlaşdırır. Bank bu addımı ilə potensial böhranlara qarşı təhlükəsiz sığınacaq aktivlərini gücləndirmək istəyir.












