Sədərək Firması
Logistika (nəqliyyat) müdiri
Son tarix 30 okt 2026 - Müraciət et
Əsas vəzifələr:
- Logistika şöbəsinin gündəlik fəaliyyətini təşkil və idarə etmək
- Məhsulların anbarlardan satış nöqtələrinə vaxtında və düzgün çatdırılmasını təmin etmək
- Nəqliyyat vasitələrinin və sürücülərin iş qrafikini təşkil etmək
- Avtoparkın fəaliyyətinə nəzarət etmək
- Nəqliyyat vasitələrinin texniki və ümumi işlək vəziyyətinə nəzarət etmək
- Avtomobillərin sürücülərə təhvil-təslim prosesini təşkil etmək və təhvil zamanı nəqliyyat vasitəsinin işlək vəziyyətini yoxlamaq
- Avtomobillərdə yaranan texniki problemləri ilkin mərhələdə müəyyən etmək və aidiyyəti üzrə həllini təşkil etmək
- Avtomobillərin texniki baxış, təmir və texniki xidmət proseslərinə nəzarət etmək
- Çatdırılma marşrutlarını planlaşdırmaq və optimallaşdırmaq
- Sifarişlərin vaxtında icrasına nəzarət etmək
- Nəqliyyat xərclərinə və yanacaq sərfiyyatına nəzarət etmək
- Sürücülərin işinə və davamiyyətinə nəzarət etmək
- Logistika üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
- Anbar, satış və digər şöbələrlə koordinasiyalı fəaliyyət göstərmək
- Logistika proseslərində yaranan problemlərin operativ həllini təmin etmək
Namizədə tələblər:
- Logistika sahəsində rəhbər vəzifədə iş təcrübəsi
- Komandanı idarə etmək bacarığı
- Rutlanma və nəqliyyat prosesləri üzrə təcrübə
- Analitik düşüncə və operativ qərarvermə bacarığı
- MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı
- Məsuliyyətli, intizamlı və təşkilatçılıq qabiliyyətli olmaq
İş şəraiti
- İş qrafiki: 6 günlük iş qrafiki
- Əmək haqqı: 1000-1200 Azn
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin çıxışı
- Nahar şirkət tərəfindən verilir.
- İş saat 07:00-da başlayır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.













