İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Tanınmış iqtisadçı-ekspert Zaur Qardaşova vəzifə verilib.
Eləcə də bax: "BTB"dən "Beynəlxalq Bank"a transfer - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, Zaur Qardaşov KOBİA sədri Orxan Məmmədovun müşaviri təyin olunub.
Faktı təsdiq edən Z.Qardaşov vəzifəsinin icrasına bu gün başladığını qeyd edib.
Xatırladaq ki, o, bundan əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament müdiri, “Azexport” portalının rəhbəri vəzifəsində çalışıb və martın 1-dən vəzifəsindən ayrılıb. (Report)