"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Fransanın "AA" səviyyəsində suveren reytinqi üzrə proqnozu "sabit"dən "mənfi"yə endirib.
"McKinsey" konsaltinq firmasının Makronu qeyri-qanuni maliyyələşdirdiyi - İDDİA OLUNUR
FED.az xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilir.
"Fransa iqtisadiyyatında yavaşlama, hökumətin ev təsərrüfatlarını və biznesləri enerji inflyasiyasından qorumaq tədbirləri dövlət maliyyəsinə təzyiq göstərəcək", - agentliyin analitikləri bildirir.
S&P ölkənin 2023-cü il üçün ÜDM artımı proqnozunu iyulda gözlənilən 1,7%-dən 0,2%-ə endirib, həmçinin büdcə kəsiri proqnozunu ÜDM-in 4%-dən 5,4%-ə qaldırıb. Agentliyin şərhinə görə, bu proqnozlar uzun sürən iqtisadi tənəzzül də daxil olmaqla, Fransanın maliyyə vəziyyətini daha da pisləşdirə bilər.
Bununla yanaşı, agentlik Fransa ÜDM-nin 2022-ci ildə 2,5%, 2024-cü ildə isə 1,6% artacağını gözləyir. Bu il S&P Fransada inflyasiyanın 5,9% səviyyəsində olacağını, sonra bu rəqəmin 2023-cü ildə 4,4%-ə, 2024-cü ildə isə 2,4%-ə enəcəyini gözləyir. Agentlik eyni zamanda maaşlara təzyiqin artması səbəbindən baza inflyasiyanın yaxın aylarda sürətlənəcəyini proqnozlaşdırır. (Marja)