1977-ci ildən bəri ilk dəfə kakaonun birja qiymətləri 1 ton üçün 4000 dolları keçib.
Azərbaycan I yarımillikdə şokolad ixracını 6%, idxalını 4% - ARTIRIB
FED.az xəbər verir ki, bu barədə ICE Futures məlumat verir.
Bu məhsulun qiymətinin 5 min dollara çata biləcəyi proqnozlaşdırılır.
Dekabr fyuçerslərində kakaonun qiyməti 4051dolları görüb. Ötən ilin sonundan bəri bu xammalın qiymətləri 1,6 dəfə artıb.
Kakaonun istehlakının artması ilə bərabər, məhsul çatışmazlığı, iqlim dəyişikliyi və digər amillər qiymətlərin artmasına səbəb olur.
Tarixdə kakao paxlasının qlobal qıtlığı halları olub. Məsələn, 1977-ci ildə şokoladın xammalı müvəqqəti olaraq az qala 5400 dollara qədər bahalaşmışdı.
Yəni, ən pis ssenarilərdə kakaonun qiymətində dəfələrlə artım müşahidə edə bilərik. (Marja)