Azərbaycan 2023-cü ilin birinci yarısında 9,115 min ton şokolad idxal edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 3,9% azdır.
İsveçrə I yarımillikdə Azərbaycana saat ixracını - 19,4% ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunmuş şokoladın dəyəri $28 milyon 78,6 min (artım 4,1%) təşkil edib.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Hesabat dövründə RF-dən $12 milyon 727,22 min dəyərində (azalma 23%) 5,184 min ton (azalma 22,4%) şokolad idxal edilib. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana şokolad idxalının 56,9%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub: bu ölkədən $2 milyon 841,99 min dəyərində 1,067 min ton şokolad idxal edilib.
Eyni zamanda, Azərbaycan 2023-cü ilin yanvar-iyun aylarında $4 milyon 616,74 min dəyərində (artım 0,3%) 1,78 min ton (azalma 5,7%) şokolad ixrac edib. Rusiyaya ixracın dəyəri $697,33 min (artım 23,8%), həcmi isə 239,08 ton (artım 2%) təşkil edib. (İnterfaks-Azərbaycan)